Sosial şəbəkə və axtarış sistemlərinin adının Azərbaycan dilində düzgün yazılış qaydaları müəyyənləşdirilib.


Bu barədə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasından bildirilib. S. Sadıqova sosial şəbəkə və axtarış sistemlərinin adlarının düzgün yazılış qaydalarını da açıqlayıb.

Sözlərin siyahısını təqdim edir. Dırnaq içərisində verilənlər sözlərin orijinal, dırnaqsız verilənlər isə Azərbaycan dilində yazılış qaydasıdır.

"skype" - skayp

"site" - sayt

"provider" - provayder

"facebook" - feysbuk

"twitter" - tvitter

"instagram" - instaqram

"e-mail"- imeyl

"youtube" - yutub

"messenger" - mesencer

"whatsapp" - votsap

"line" - layn

"viber" - vayber

"google" - quql

"yandex" - yandeks

"wi-fi" - vayfay