Livanlı tələbə Kamal D.-nin başına ağılasığmaz hadisə gəlib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki il əvvəl Almaniyada yaşayan qızla internet vasitəsilə tanış olan Kamal onunla evlənmək üçün bu ölkəyə getməyə qərar verib.
Valideynlərindən icazə alıb, plan hazırladıqdan sonra yola düşən gənc, istəmədən İŞİD terror təşkilatının döyüşçülərinə qoşulub. Kamal Hadisəni belə anladıb: "Almaniyaya getmək üçün Türkiyəyə, oradan isə gizli yol ilə Yunanıstana və Almaniyaya keçmək fikrində idim. Türkiyənin Adana şəhərinə gəldim. Burada əlaqələr qurdum və qaçaqmalçılıqla məşğul olan bir şəxslə tanış oldum. O, məni Yunanıstana keçirməyə söz verdi. İki gün oteldə qaldım. Təhlükəsizlik məqsədilə telefon və pasportumu aldılar. Otağıma 5 nəfər gəldi. Mən onlardan nə istədiklərini soruşanda döyməyə başladılar. Huşumu itirdim. Gözümü açanda maşında idik. Hara getdiyimizi soruşduğumda isə "Suriyaya gedirik, vuruşmalısan" cavabını verdilər. 8 min dollar pulum vardı. Onu da götürdülər. Qaziantepdə bizi əsgərlər saxladı. Həbs edib, məhkəməyə gətirdilər. Mən də hər şeyi anlatdım".
Polisdən verilən məlumata görə, livanlı gənc sərbəst buraxılıb.
Samir