Kompyuter və mobil cihazlarda oynanan və dünyanın ən məşhur digital oyunlarından olan “Candy Crush Saga” 5 milyard 400 milyon avroya satılıb.

Digital oyun proqramlarının hazırlanmasında dünyanın ən məşhurlarından olan və mərkəzi ABŞ-da yerləşən “Activision” şirkəti “Candy Crush Saga” oyununun yaradıcısı “King Digital Entertainment”dən satın alacağını açıqlayıb.

“Activison” bununla da kompyuter və mobil cihazlardakı oyun bazarının lideri olmağı hədəfləyir.

Sürətli böyüyən bu bazarın 2015-ci ilin sonunda dünya üzrə 33 milyard avroluq böyüklüyə çatacağı proqnozlaşdırılır.