Türkiyədə ər bir müddət əvvəl boşandığı xanımını tüfənglə vurduqdan sonra intihar edib. Qətli törədən kişinin sosial şəbəkədə "Kəfənimi geyindim, hazıram" şərhi paylaşdığı da məlum olub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbır verir ki, 45 yaşlı ər Nedim Ünal boşandığı xanımı 46 yaşlı Sərab Ünalla qarşılaşıb. Nedim həyat yoldaşı ilə danışmaq istəyib, ancaq Sərab etiraz edib. Bu zaman onların arasında mübahisə baş verib. Nedim özü ilə gətirdiyi ov tüfəngi ilə Sərab Ünala atəş açıb. Daha sonra isə həmin tüfənglə özünü vuraraq intihar edib.

Nedim oktyabrın 27-də xanımının fotosunu paylaşaraq "Allah eşqinə uşaqları düşün" yazıb. Daha sonra öz şəkilini "Kəfənimi geyindim, hazıram" yazaraq paylaşıb. 1 dəqiqə sonra isə "Bütün sevənlərə əlvida" statusunu yazıb. Qızının məzarının şəkilini də "Gözlə, gəlirəm" sözləri ilə paylaşıb.

Ramal