Son zamanlar “hicab” xəbərləri ilə gündəmdə olan müğənni Niran Ünsal yenidən diqqət mərkəzindədir.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı prezident Rəcəb Tayyib Ərdoğana marş bəstələyib.
“Başkan Rəcəb Tayyib Ərdoğan” adlanan bəstənin sözləri Seda Akaya məxsusdur. Marş 35 nəfərlik bek-vokalın müşayiəti ilə Niranın şəxsi səsyazma studiyasında lentə alınıb.
N.Ünsal yeni bəstəsi haqda bunları deyib:
“İlk təqdimatı prezidentimizə etdim. Paylaşdıqdan sonra isə çox gözəl fikirlər eşitdim”.