Türkiyədə ər evi tərk edən xanımını, qayınanasını və qaynını güllələyib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Balıkəsirdə baş verib.
57 yaşlı Fatma Şenses ötən il aprel ayında 3-cü dəfə ailə həyatı qurub. Təqaüdçü müəllim Saleh Şenseslə evlənən Fatmanın əvvəlki evliliklərindən 2 uşağı var. 20 gün əvvəl isə ailə münaqişəsi səbəbinsdən Fatma ərini tərk edərək anası Fatma Yılmazın yanına gedib. Fatma sonra da həyat yoldaşından boşanmaq üçün iddia qaldırıb.
Saleh xanımının bu hərəkətlərinə əsəbləşib. O, qayınanasının evinə gedib. Həyat yoldaşı və qayınanası ilə mübahisə edən Saleh tapança ilə onları güllələyib. Fatma Yılmaz və qızı Fatma Şenses hadisə yerində dünyasını dəyişib.
Sonra Saleh Vergi idarəsində işləyən İsmayıl Yılmazla mübahisə edib. Şenses yenə tapançaya əl ataraq qaynını da güllələyib və avtomobillə minərək hadisə yerindən qaçıb.
Polis Salehin yerini müəyyən edib. Tutulacağını görən Salehin intihar etmək cəhdi isə polislər tərəfindən əngəllənib.
Hadisə ilə bağlı cinayət işi açılıb.
Ramal