Rusiya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxt Moskvadakı restoranların birində kriminal avtoritetlərin "sxodka"sını dağıdıb.
Teleqraf.com Rusiya DİN-ə istinadən xəbər verir ki, bununla bağlı nazirliyin rəsmi nümayəndəsi Yelena Alekseyeva məlumat verib.
Onun sözlərinə görə, əməliyyat zamnaı 40 nəfər saxlanılıb. Onlar arasında kriminal avtoritetlər Vilayi İzqilov (Vitalik Maxaçkalinski), ROman Lomtadze (Mususa) və Şalva Xuçua (Roko) da var.
Məlumatda bildirilir ki, "vor zakon"lar şəhərdəki kriminal vəziyyəti müzakirə etmək üçün bir araya gəliblər.
Samir