NASA Plutonun hərəkət sistemi ilə bağlı "New Horizons" aparatının iyul ayında çəkdiyi videonu yayıb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, video NASA-nın rəsmi saytında yerləşdirilib.

Kadrlar Plutonun peyki Haronun görüntüsü ilə başlayır.

Bundan əlavə videoda planetin atmosferinin Günəş işığında parıldaması da görünür.

Teleqraf.com həmin videonu təqdim edir:

Rüstəm