Dərini gözəlləşdirən ən effektli vasitələrdən biri də üzüm maskasıdır. Üzüm antioksidantlarla zəngin olduğu üçün dərini yeniləyir, qırışları açır.

Publika.az asan hazırlanan və qısa müddətdə təsir göstərən üzüm maskasını təqdim edir:

Tərkibi:

2 salxım qırmızı üzüm

2 xörək qaşığı un

Hazırlanması:

Üzümü əzib suyunu çıxarın. Üzərinə un əlavə edib məcun halına gətirin. Maskanı təmiz dəriyə çəkin. Göz ətrafına dəyməməsinə çalışın. Maskanı masaj edərək dəriyə yedizdirin. 15-20 dəqiqə gözləyib dərinizi ilıq su ilə yuyun.

Maskanı təmizlədikdən sonra üzünzü gül suyu və ya toniklə silin. Ardınca nəmləndirici kreminizi çəkin.

Maskadan həftədə bir dəfə istifadə edə bilərsiniz.