Seysimik cəhətdən aktiv zonaya daxil olanİndoneziyanın şərqində növbəti yeraltı təkan qeydə alınıb. Baş verən zəlzələ 5,8 bal gücündə olub.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən məlumatına görə, yeraltı təkanların episentri Molukki əyalətində, Tual şəhərindən 134 km şərqdə, ocağı isə təqribən 20 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.