Kanadada Albert Eynşteynin oxşarları bir yerə toplanaraq, yeni rekorda imza atıblar.
Musavat.com xəbər verir ki, bu barədə məlumat Kanadanın "Star" qəzetində yer alıb.
Məlumata görə, mart ayının 29-da eyni vaxtda bir məkana böyük alimin parik və saxta bığ qoymuş 404 nəfər oxşarı toplaşıb. Məlumata görə, daha əvvəlki rekord 99 nəfər olub. Bu rekordu “Ginnesin rekordlar kitabı” qeydə alıb.