Avstraliyanın Lonseston şəhərində (Tasmaniya ştatı) suiti park olunmuş avtomobilin üzərinə çıxaraq onu zədələyib. Teleqraf.com xəbər verir ki, avtomobilin ön şüşəsi qırılıb, ağır çəkinin təsirindən kuzovu batıb.
Qeyd olunur ki, erkək suiti şəhərə bu heyvanların ənənəvi olaraq yaşadıqları 50 kilometr uzaqlıqdan kiçik kanal vasitəsilə gəlib. Avtomobili zədələdikdən sonra o, evin həndəvərində dolaşıb, sonra isə mürgüləyib.
Yerli polis idarəsi canlının fotosunu öz “Feysbuk” səhifəsində paylaşıb. Suitiyə veterinar yardım göstərildikdən sonra canlı sərbəst buraxılıb.
Səxavət