Odessa heyvanat parkının direktoru İqor Belyakov 2017-ci ilin simvolu olan xoruzun cildinə girərək insanları özünəməxsus şəkildə təbrik edib. Teleqraf.com xəbər verir ki, video “YouTube” videohostinqində yerləşdirilib. Belyakov şanson stilində mahnı oxuyur, insanları yaxşılığa və özlərini məhdudlaşdırmamağa çağırır.

Qeyd edək ki, zooparkın direktorunun bu cür videoda çəkilməsi ilk dəfə deyil. 2015-ci ilin əvvəlində o, Odessa sakinlərini keçi cildində təbrik etmişdi.

Səxavət