İtaliyanın “Safilo” şirkəti əhval-ruhiyyəni oxumaq qabiliyyətinə malik eynək buraxılışını planlaşdırır. Həm sadə, həm də tünd şüşə ilə təchiz edilmiş versiyalar nəzərdə tutulub.
Yeni cihaz 2017-ci ilin yanvarında Las-Veqasda keçiriləcək “Consumer Electronics Show” sərgisində nümayiş etdiriləcək.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, yeni "ağıllı" eynək görünüşcə adi eynək kimi görsənir. Xüsusi kamera və ekranlara malik olmayan eynəyin çərçivəsində gizlədilmiş 5 datçik insan beyninin dalğalarının siqnallarını qeydə almaq qabiliyyətinə malikdir. Toplanılmış məlumatlar smartfonda xüsusi tətbiqə göndərilir, bundan sonra həmin məlumatlar təhlil edilərək eynək sahibinin əhval-ruhiyyəsi təyin edilir. Aksessuarın çəkisi 36 qramdır və akkumulyatorun şarjı qurğunun 1 həftə avtonom işləməsinə kifayətdir. Eynək “Bluetooth” vasitəsi ilə smartfona qoşulur.