Leninqrad vilayətindəki İvanqorod avtomobil nəzarət-keçid məntəqəsində qarğa Estoniya vətəndaşının pasportunu oğurlayıb.
Teleqraf.com xəbər verir ki, nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsi proseduru zamanı yaxınlıqdan uçan qarğa gözlənilmədən sənədi götürərək havaya qalxıb.
Hadisənin şahidi olan gömrük işçiləri vətəndaşa yardım etməyə çalışıblar, ancaq cəhdlər uğursuz alınıb.
Polis çağırılıb və pasportun itməsi aktlaşdırılıb. Estoniya konsulluğundan vətəndaşa vətənə qayıdış haqqında şəhadətnamə verilib. Bundan sonra o, Rusiyanı tərk edə bilib.
Amma iki gün sonra pasport piyada keçidindən tapılıb.