Antaliyanın Kəmər mahalında 20 tonluq qızıl külçə tapılıb.

Teleqraf.com xəbər verir ki, Antaliya valisi Münir Karaloğlu Twitter hesabından maraqlı bir paylaşım edib.

Vali rəsmi Twitter hesabından mağara içərisində çəkilmiş qızıl külçə şəkillərini paylaşaraq “xəyallarda qızıl, gerçəkliklərdə gips” mesajını paylaşıb.

Xatırladaq ki, Antalya Mədəniyyət və Turizm idarəsinin müdiri İbrahim Acar bir müddət əvvəl bəyan etmişdi ki, 20 ton qızıl külçə ilə bağlı rəsmi açıqlama Valilik tərəfindən ediləcək.

Antalya Kəmər Bələdiyyəsi başqanı Mustafa Gül isə bildirib ki, qazıntı işlərini bələdiyyə ekspertləri həyata keçirib. “İlk mərhələdə bizə qızıl olduğunu deyiblər. Ancaq son vəziyyətin nədən ibarət olduğunu bilmirəm”, -deyə bələdiyyə sədri bildirib.

Cavad