Türkiyədə evlərinə gələn qonaq üçün dükandan ərzaq almağa gedərkən PKK üzvləri tərəfindən qaçırılan 13 yaşlı yeniyetmə qız girovluqdan qaça bilib.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, şərti olaraq K.Y. adlı qız polisə ifadəsində ağzı lentlə bağlanaraq qaçırıldığını və heç bir təchizatı olmayan düşərgədə saxlandığını bildirib.
Yeniyetmə ona verilən yeməklərin boyat olduğunu deyib: “Bəzən 1 həftə ərzində yemək verilmirdi. Su, işıq belə tapılmırdı, 3-4 ay çimmirdik. Yer altında çox çətinliklər çəkdik. Qəndilə gəlib oradan qaçdım. Mənə hərbi geyimi zorla geydirirdilər. Onlara deyirdim ki, bir halda ki anamdan, atamdan uzaqdayam, canımı alın. Mən dövlətimdən qorxmurdum. Polisə təslim olanda mənə heç nə etməyəcəklərini bilirdim. Məni yaxşı qarşıladılar, Allah onlardan razı olsun. Terror təşkilatı olsaydı mənə cəza verib zindana atardılar və ya öldürərdilər. Mən indi çox xoşbəxtəm. Ailəmə, dövlətimizə qovuşdum. "
Kəmalə