Çində müəllimin məktəbəqədər hazırlıq sinfində iki azyaşlı uşağı döyməsi ölkədə ciddi rezonans doğurub.

Teleqraf.com dünya mediasına istinadən xəbər verir ki, yayılan videoda müəllimin uşaqları təpiklədiyi və başından zərbələr endirdiyi əks olunub. Müəllim yıxılan uşağı yerdən qaldırıb təkrar təpiklə və yumruqla zərbələr endirib. Azyaşlıların valideynləri müəllimin əməli ilə bağlı polisə müraciət edib. Yayılan video qısa zamanda sosial şəbəkələrdə ciddi narazılığa səbəb olub.

Kəmalə