Rusiyalı aparıcı Olqa Buzovanın səhnədə ürəyi gedib.
Teleqraf.com xəbər verir ki, xəstə olmasına baxmayaraq efirə çıxan Olqa "Dom-2" layihəsinin Yeni İl buraxılışının çəkilişi zamanı özündən gedib. Xoşbəxtlikdən yanında rəqqaslar onu tuta biliblər.
Studiyaya dərhal həkim çağırılıb və Olqa özünə gəlib.
Qeyd edək ki, aparıcı "Lokomotiv" futbol klubunun oyunçusu Dmitri Tarasovla boşanmağa hazırlaşır. Lakin futbolçu əmlakını Olqa ilə bölüşmək istəmədiyi üçün o, məhkəməyə müraciət edib.