Türkiyənin Samsun bölgəsində keçmiş həyat yoldaşı ilə evlənən kişini bıçaqlayan şəxs həbs olunub.

Məlumatlara görə, Ali Kadem adlı şəxs 4 ay əvvəl boşandığı həyat yoldaşının yenicə ailə həyatı qurduğu Aydan Özən ilə mübahisə edib. Mübahisə zamanı Ali Aydana bir neçə bıçaq zərbəsi vurub.

Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Elvin