BAKI, 21 may. TELEQRAF

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 102 310 nəfər doğulan körpələrin 54221-i oğlan, 48089-u isə qız uşaqlarıdır.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Bildirilib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.

2023-cü il üzrə 112620 nəfər doğulan körpələrin 59814-ü oğlan, 52806-sı isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 7008 nəfər olub. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.

2023-cü illə müqayisədə 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb, 7008-dən 6132-ə düşüb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə ölkə üzrə 78245 abort qeydə alınıb. 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 29,4 olub.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.