BAKI, 21 may. TELEQRAF

Ötən il Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9014 müraciət qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Bildirilib ki, 2023-cü ildə bu rəqəm 9389, 2022-ci ildə isə 9864 olub. Queumun məlumatına görə, bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.

Məişət zorakılığı ilə bağlı qeydə alınan 1451 cinayətdən 1254-ü qəsdən sağlamlığa yüngül zərər vurma, 83-ü qəsdən sağlamlığa az ağır zərər vurma, 42-i qəsdən adam öldürmə, 25-i qəsdən sağlamlığa ağır zərər vurma, 15-i adam öldürməyə cəhd, 14-ü əzab vermə, 18-i digər növlərdir. Həmin cinayətləri törədən 1283 şəxs ( kişi - 1221, qadın - 62) məsuliyyətə cəlb olunub. Bu əməllər nəticəsində 1471 zərərçəkmiş şəxs (qadın 1228; kişi 243) müəyyən edilib. Bununla yanaşı 2 cinayət təkrar törədilib.

İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.