BAKI, 21 noyabr. TELEQRAF

“Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə Vyetnam Sosialist Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş”i təsdiq edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Sazişin müddəalarının icrası Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təmin olunacaq.

Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlandıqdan sonra bu barədə Vyetnam tərəfinə rəsmi bildiriş göndəriləcək.