BAKI, 29 oktyabr. TELEQRAF

Azərbaycan "Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası"na qoşulub.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanun imzalayıb.

Qərara əsasən, Azərbaycan 1998-ci il sentyabrın 10-da Rotterdam şəhərində imzalanmış “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında Rotterdam Konvensiyası”na rəsmi şəkildə qoşulur.