BAKI, 22 oktyabr. TELEQRAF

Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov "İstiqlal" ordeni ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O, Azərbaycanın sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, oktyabrın 24-də Yaqub Eyyubovun 80 illik yubileyidir. O, 1945-ci ildə Mingəçevirdə anadan olub.