BAKI, 15 oktyabr. TELEQRAF

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Braziliya Federativ Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiqlənməsi barədə Fərman imzalayıb.

Teleqraf xəbər verir ki, fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Bundan əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri dövlət-daxili prosedurların yerinə yetirildiyi barədə Braziliya Federativ Respublikası Hökumətinə rəsmi bildiriş göndərəcək.

Sazişin məqsədi iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirmək və qarşılıqlı təcrübə mübadiləsini təşviq etməkdir.