​​BAKI, 18 mart. TELEQRAF

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2025-ci il 1 iyul saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət 2025-ci il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edirdi.