
BAKI, 3 mart. TELEQRAF
Vergi Məcəlləsində dəyişiklik edilib.
Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182; Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-VIIQD nömrəli və 16 dekabr tarixli 98-VIIQD nömrəli qanunları) 164.1.19-1-ci maddəsinə “orqan (qurum)” sözlərindən sonra “, Azərbaycan Respublikasının Baş Prokurorluğu” sözləri əlavə edilib.