Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.

Teleqraf.com xəbər verir ki, Prezident bu barədə X sosial şəbəkəsində paylaşım edib:

"Uca Allahdan dualarımız Prezident İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti ilədir. Qonşu, dost və qardaş ölkə olaraq Azərbaycan Respublikası hər cür dəstək göstərməyə hazırdır", - Azərbaycan Prezidenti qeyd edib.