BAKI, 6 mart. TELEQRAF

Azərbaycan Dəmir Yolları (ADY) qarşıdan gələn bayram günləri ilə əlaqədar 20 və 21 mart tarixlərində Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə qatar reysləri təşkil edəcək.

Bu barədə Teleqraf-a ADY-dən məlumat verilib.

Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək.