TBİLİSİ, 3 iyun. TELEQRAF

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə nəzərdə tutulmuş işlərin 98,5%-i yerinə yetirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin illik hesabatında bildirilib.

Sənəddə, həmçinin bildirilib ki, Gürcüstanda dəmir yollarının modernləşdirilməsi ilə bağlı əsas işlər praktiki olaraq başa çatdırılıb, yalnız doqquzuncu tuneldə təhlükəsizlik sisteminin quraşdırılması qalıb ki, bununla bağlı 2024-cü ildə müqavilə imzalanıb və işlər aparılır.

Qeyd edək ki, BTQ dəmir yolu xəttinin bu il tam istismara veriləcəyi gözlənilir.