
BAKI, 25 mart. TELEQRAF
Moskvanın Basmannı məhkəməsi müstəntiqlərə AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiyanın cənubunda iki ünvanın sənədlərini müsadirə etməyə icazə verib.
Teleqraf xəbər verir ki, istintaqın sənədləri müsadirə etmək tələbi 2025-ci ilin yanvarında verilib. Prokuror da vəsatəti dəstəkləyib. Məhkəmə vəsatəti təmin edib.
Müsadirə qərarı qanuni qüvvəyə minib.