BAKI, 10 fevral. TELEQRAF

Yaponiyada məhkəmədə dövlət ittihamçısı sabiq Baş nazir Fumio Kişidaya hücum edən şəxsə 15 il həbs cəzası tələb edib.

Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Təqsirləndirilən Ryuji Kimuranın müdafiəçiləri iddia edirlər ki, o, hücumu öncədən planlaşdırsa da, Baş naziri öldürmək niyyətində olmayıb.

Xatırladaq ki, 5 aprel 2023-cü ildə 25 yaşlı Ryuji Kimura Vakayamada çıxışa hazırlaşan Kişidaya metal alət atıb. Mühafizəçilərin sayəsində Baş nazir zərbədən yayına bilib. Həmin vaxt bir polis əməkdaşı yaralanıb. Hücum edən şəxs təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.