BAKI, 7 fevral. TELEQRAF

Zəngilan şəhəri, 5 qəsəbə və 79 kənddən ibarət kənddən ibarət Zəngilan rayonunun işğal olunması nəticəsində 32775 nəfər dinc sakin didərgin salınmış xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 9679 ədəd əmlak üzrə 1,3 milyard manatdan artıq maddi ziyan vurulub.

Teleqraf xəbər verir ki, bu barədə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramov Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesində bildirib.

Qubadlı şəhəri və 93 kənddən ibarət Qubadlı rayonunun işğal olunması nəticəsində 29539 nəfər dinc sakin didərgin salınıb, onların xüsusi mülkiyyətində və Azərbaycan Respublikasının dövlət mülkiyyətində olmuş ümumilikdə 10159 ədəd əmlak üzrə 1,8 milyard manatdan artıq maddi ziyan vurulub.