BAKI, 25 may. TELEQRAF

2025-ci ildə aqrar sahədə toplam məhsul istehsalı 14 milyard manat olub.

Teleqraf xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Nazir qeyd edib ki, bu istehsal iki sahə - heyvandarlıq və bitkiçilik arasında demək olar ki, əlli-əlliyə paylanıb:

"Bu da bizə əsas verir ki, hər iki istiqamətin ölkənin aqrar sahəsinin inkişafında önəmli rolu olduğunu nəzərə alaq və prioritetlərimizi ona görə müəyyənləşdirək. Ümumilikdə aqrar sahədə meyvə-tərəvəz, əkinçilikdə dənli paxlalılar və kartof, heyvandarlıqda süd, mal əti, quş əti, qoyun əti və yumurta önəmli istehsal payına malikdir. Meyvə-tərəvəz istehsalı ölkə üçün həm məşğulluğun artırılmasında, həm aqrar istehsalda əlavə dəyərin yaradılmasında, həm də ixrac potensialının yüksəldilməsində faydalı olur".