BAKI, 8 may. TELEQRAF
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Süd Məhsulları Qiymətləri İndeksi apreldə orta hesabla 119,6 bənd təşkil edib. Bu göstərici mart ilə müqayisədə 1,3 bənd və ya 1,1% azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 32,1 bənd və ya 21,2% aşağı qalıb.
Teleqraf təşkilata istinadən xəbər verir ki, azalma əsasən kərə yağı və pendirin qiymətinin düşməsi ilə bağlı olub.
Məlumata görə, kərə yağı ardıcıl iki aylıq bahalsşmsdan sonra ucuzlaşıb. Bu fonda pendirin qiyməti də azalma trendini davam etdirib.
Yağsız süd tozunun dəyəri 2022-ci ilin oktyabrından bəri ən yüksək həddə çatıb. Buna Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiyadan güclü idxal tələbi təsir edib.