BAKI, 30 aprel. TELEQRAF

2026-cı ilin yanvar-mart aylarında aqrar məhsullar üzrə ixrac 26,6% artaraq 215,6 milyon dollar, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4% artaraq 88 milyon ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”da qeyd edilib.

Bildirilib ki, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8% artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95.3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda meşə fındığı (68.3 milyon ABŞ dolları) ikinci, mis filizləri (60.8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.