
BAKI, 22 mart. TELEQRAF
Bu ilin əvvəlindən banklar kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunda fəaliyyət göstərən hüquqi şəxslərə 462.9 milyon manat kredit veriblər.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə bankların sektora kredit qoyluşu azalıb.
Bu il kreditlər əsasən özəl müəssisələrə təqdim edilib. Borcların 68.4 milyon manatı qısamüddətli olub. 394.5 milyon manatı uzunmüddətli kreditin 290.3 milyon manatı milli valyutada, 104.2 milyon manatı isə xarici valyutada ayrılıb.