
TOVUZ. 17 fevral. TELEQRAF
2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara aqrar sığorta mexanizmi üzrə Aqrar Sığorta Fondu tərəfindən 6,423 milyon manat məbləğində aqrar sığorta ödənişi edilib.
Teleqraf xəbər verir ki, əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb.Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4,407 milyon manat sığorta ödənişi edilib.
2024-cü ildə fermerlərə sığorta ödənişlərindən 5,246 milyon manatı bitkiçilik sığortası, 1,177 milyon manat isə heyvandarlıq sığortası üzrə edilib. Bitkiçilik sığortası üzrə ödənişlər 1,7 milyon manat və ya təqribən 50 faiz artıb. Bu sahədə sığorta ödənişləri fırtına-qasırğa, sel-subasma və dolu hadisələri üzrə edilib.