![](https://teleqraf.az/storage/2025/02/11/715x378/inak-qoyun.jpg)
BAKI,11 fevral. TELEQRAF
Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsi heyvanların identifikasiyası üçün istifadə olunan birkaların satın alınması ilə bağlı açıq tender elan edib .
Teleqraf dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderdə xırdabuynuzlu heyvanlar üçün nömrələnmiş 400 min cüt vizual birka, atlar və dəvələr üçün isə 3 000 ədəd xüsusi tanınma nömrələri (mikroçip) nəzərdə tutulub.
Tenderin ehtimal olunan qiyməti 516 min 958 manatdır.
Qeyd edək ki, müsabiqə martın 6-na qədər davam edəcək.