![](https://teleqraf.az/storage/2021/12/03/715x378/fao_070521.png)
BAKI, 7 fevral. TELEQRAF
2025-ci ilin yanvar ayında şəkər, bitki yağı və ətin qiymətlərində 1,6 faiz azalma qeydə alınıb.
Teleqraf Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən xəbər verir ki, aylıq əsasda ucuzlaşma qeydə alınsa da, illik bahalaşma baş verib. 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvarında şəkər, bitki yağı və ətin qiyməti 6,2 faiz artıb.
Şəkərin qiymət indeksi, bu ilin yanvarında 6,8 faiz azalaraq ən aşağı səviyyəyə düşüb. Bitki yağının qiyməti indeksi yanvarda 5,6 faiz azalıb.
Ətin qiymət indeksinə gəlincə, ucuzlaşma 1,4 faiz olub. Xırdabuynuzlu mal-qara, donuz və quş ətinin beynəlxalq qiymətləri azalıb. İl sonu bayramlarından sonra tələbat azaldığından xırdabuynuzlu mal-qara ətinin qiyməti ucuzlaşıb. Quş ətinin qiymətləri də azalıb.