![](https://teleqraf.az/storage/2025/02/07/715x378/farm.jpg)
Bakı, 7 fevral. TELEQRAF
Aqrar Sığorta Fondu Ağsu və İsmayıllı rayonlarında baş verən müxtəlif hadisələr nəticəsində yaranmış zərərlərə görə ödənişlər edib.
Teleqraf xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Belə ki, Ağsu rayonunun Kəndoba kəndində fermer Bəhruz Nəbiyevə arpa sahəsinə dolu yağıntısının vurduğu ziyana görə 24 min 41 manat sığorta ödənişi həyata keçirilib. Eyni zamanda rayonun Abasxanlı kəndində isə fermer Rasim Məmmədova eyni səbəbdən buğda sahəsinə dəyən zərərə görə 2 min 297 manat məbləğində ödəniş edilib.
İsmayıllı rayonunda təbiət hadisələrindən zərər görən ərazilərə dair sığorta ödənişləri davam edir. Qubaxəlilli kəndində arpa sahəsinin bir hissəsinin quşların hücumu nəticəsində məhv olduğu üçün fermer Nurəddin Əsədova 3 min 163 manat sığorta məbləği ödənilib.
Qeyd edək ki, Azərbaycanda aqrar sığorta sistemi dövlət dəstəyi ilə həyata keçirilir. Meyvə bağları, əkin sahələri, iri və xırdabuynuzlu heyvanların sığortalanması üçün Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə və bölgələrdəki filiallarına müraciət etmək lazımdır.