BAKI, 26 may. TELEQRAF

2030-cu ilə qədər Azərbaycanda fərdi investorlara yönəlmiş 1 investisiya fondunun fəaliyyətə başlaması nəzərdə tutulur.

Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir.

Sənədə əsasən, xüsusi investisiya alətlərinin yaradılması yolu ilə kiçik miqyaslı investisiya imkanlarının inkişaf etdirilməs məqsədilə Mərkəzi Bankın rəhbərliyi və Bakı Fond Birjasını, eləcə də investisiya şirkətlərini cəlb edilməklə investisiya fondunun yaradılması üçün hüquqi çərçivə müəyyən ediləcək.