BAKI, 1 sentyabr. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) siyasətçilərinin Rusiya Silahlı Qüvvələrinin ölkəsinə kütləvi zərbələri fonunda məzuniyyətə çıxmalarından şikayətlənib.

Teleqraf xəbər verir ki, Ukrayna lideri bunu “xoşagəlməz” adlandırıb.

Zelenski bildirib ki, son iki həftə ərzində Ukraynaya dəstək verən avropalı müttəfiqlər məzuniyyətdədir.

“Bu, çox xoşagəlməz təəssürat yaradır. Bunu onlarla bölüşməyə bilmərəm. Bilirsiniz, belə bir hiss yaranır ki, diplomatiya plan üzrə gedir. Yəni məzuniyyətdirsə, məzuniyyətdir”, - Ukrayna dövlət başçısı əlavə edib.