BAKI, 26 may. TELEQRAF

2027-2028-ci illərdə nağdsız əməliyyatların adambaşına düşən illik sayının 300 ədədə çatdırılması planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə görə, Milli Ödəniş Sistemi komponentlərinin funksional imkanlarının genişləndirilməsi yolu ilə əlçatanlığın artırılması məqsədilə bazar tələblərinə uyğunluq təhlil ediləcək. Ani ödənişlərin əhatə dairəsinin genişləndirilməsi üzrə tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, hazırda nağdsız əməliyyatların adambaşına düşən illik sayı 228 ədəddir.