BAKI, 26 may. TELEQRAF
Bank–sığorta tərəfdaşlığı modelinin inkişaf etdirilməsi məqsədilə 2027-2029-cu illərdə bank–sığorta kanalı vasitəsilə bağlanılan sığorta müqavilələrinin ümumi sayının illik 10 faiz artırılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir.
Sənədə əsasən, sığorta müqavilələrinin ümumi sayının illik 10 faiz artırılması üçün ilkin olaraq istehlak kreditlərinin işsizlikdən sığortalanması ilə bağlı imkanları araşdırılacaq, kənd təsərrüfatı sığortası məhsullarının digər maliyyə institutlarının məhsulları (bank və kredit təşkilatları) ilə əlaqələndirilməsi imkanları dəyərləndiriləcək.
Bundan əlavə çoxkanallı satış modelinin tətbiqinə başlanılacaq. 2027-2029-cu illərdə sığorta şirkətlərinin azı 50 faizi açıq sığorta modelini tətbiq edəcəklər.
Bunun üçün ilkin olaraq maliyyə institutlarının modelin tətbiqinə hazırlıq səviyyəsinin qiymətləndiriləcək.