BAKI, 26 may. TELEQRAF
2027-2028-ci illərdə azı 3 bank tərəfindən investisiya xidmətlərinin göstərilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Bankların kapital bazarlarında birbaşa iştirakının təşviq edilməsi məqsədilə azı 3 bank tərəfindən investisiya xidmətlərinin göstərilməsi təmin olunacaq.
Layihənin əsas icraçısı Mərkəzi Bankdır. Azərbzaycan Banklar Assosiasiyası və Azərbaycan Kapital Bazarları Assosiasiyası da prosesə cəlb ediləcək.
İlkin olaraq bankların müştərilərinə investisiya hesabları açmaq üçün hazırlıq səviyyəsi qiymətləndiriləcək.