BAKI, 26 may. TELEQRAF
2027-2030-cu illərdə aktiv istifadə edilən POS-terminalların payının 80 faizə çatdırılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda bildirilir.
Sənədə əsasən, bununla nağdsız ödənişlərin stimullaşdırılması və regionlarda nağdsız ödəniş imkanlarının genişləndirilməsinə nail olunacaq.