BAKI, 18 may. TELEQRAF

2026-cı ilin 4 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard 403 milyon 345.14 min ABŞ dolları təşkil edib.

Teleqraf xəbər verir ki, ixracın həcmi 11 milyard 878.58 milyon dollar, idxal 5 milyard 524.77 milyon dollara bərabər olub. İxracda Azərbaycanın əsas tərəfdaşı Avropa İttifaqı ölkələri (46,15%), idxalda isə MDB dövlətləri (20%) olub.

4 ayda Azərbaycanın ixracında İtaliya, idxalında isə Çin ilk sırada yer alıb. Hesabat dövründə Ermənistana 9 milyon 646 min dollar dəyərində məhsul ixrac edilib.Bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Hesabat dövründə xarici ticarətin müsbət saldosu isə 6 milyard 353.81 milyon dollar təşkil edib.