BAKI, 15 may. TELEQRAF
Bu ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 288 milyon manatlıq avtomobil yanacağı satılıb.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünə nisbətən əhalinin avtomobil xərcləri 5,5% artıb.
Qeyd edək ki, 2026-cı ilin yanvar-aprel aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitlərin 6,4%-i avtomobil yanacağının payına düşüb.